• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 10.03.2016 15:38

Gəncədə “Azərbaycan üçün öyrət” təhsil proqramı layihəsi təqdim edilib

Gəncədə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan üçün öyrət” təhsil proqramı layihəsi təqdim edilib. Ali məktəblərə qəbulun və buraxılış imtahanlarının nəticələri zəif olan 10 məktəbin direktor, müəllimlərinin qatıldığı layihənin məqsədi həmin orta məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Dərsdən əlavə məşğələlər keçirməklə şagirdlərin bilik və bacarıqlarını yüksəltmək, dünya görüşünü artırmaq kimi məqamları özündə ehtiva edən layihə məktəb üçün yeni tədris yanaşmaları,  şagirdlərin bilik səviyyəsinin artırılmasına imkan yaradacaq. Layihənin icrası gələn tədris ilinin sonuna kimi planlaşdırılıb və Gəncə ilə yanaşı Lənkəran, Şəki və Quba şəhərlərindən ümumilkdə 30 məktəbi əhatə edəcək.  

Fəqan Hüseynov- “Azərbaycan üçün öyrət” proqramının regional koordinatoru: “Burada əsasən riyaziyyat, Azərbaycan dili, ədəbiyyat və ingilis dili müəllimləridir. Çünki layihənin məqsədi akademik tərəfdən bu fənlərin tədrisinə yönəlib. Buna baxmayaraq, digər ixtisaslardan da dəvət olunan müəllimlər var. Bu da onların təlimçilik bacarıqları, pedaqoji beynəlxalq təcrübəyə uyğun seçilib dəvət edilib. Hansı ki, onlar istəyir təhsilimizə töhfə versin”.

Elnur Vahidoğlu