• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 10.03.2016 13:13

Şəmkirdə qadın kişini döydü (Yenilənib)

Ötən gün Şəmkirin mərkəzində qonşular arasında dava baş verib. Rayon sakini Vaqif Hacıyev qonşuluqda yaşayan Türkan Məmmədova ilə mübahisə edib. Mübahisə zamanı qadın kişini yıxaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Vaqif Hacıyev ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, o, ağır kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

12:44-ə olan xəbər

Şəmkir şəhər sakini, 41 yaşlı Vaqif Hacıyev ağır kələ-beyin travması ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibbi yardım göstərilən yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində müalicəsini davam etdirir. V. Hacıyevin hansı şəraitdə döyüldüyünü Şəmkir rayon Polis Şöbəsində araşdırırlar.

Natiq Hüseyn