• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1580
— 11.10.2014 11:22

Dağıstanın Buynak rayonunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək

Oktyabrın 11-12-si tarixlərində Dağıstanın Buynak rayonunda sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Yarışda yığma komandanın üzvləri də iştirak edəcək. Millimizin məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikaya 4 çəki dərəcəsində 5 güləşçimiz yollanır. Yarışda ölkəmizi 57 kq-da Elçin Vəliyev, 65 kq çəkidə Qitinomaqomed Hacıyev, 74-də Kamran Yunusov həmçinin Mircəfər Murtuzlu və 86 kq-da Məhəmməd Abdulxaliqov təmsil edəcək.