• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1103
— 10.03.2016 12:40

ADAU-da “Zərərvericilərə qarşı inteqrə edilmiş mübarizə metodlarının tətbiqi və təşviqi” mövzusunda dəyirmi masa təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetində “Zərərvericilərə qarşı inteqrə edilmiş mübarizə metodlarının tətbiqi və təşviqi” mövzusunda dəyirmi masa təşkil olunub. “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində baş tutan görüşdə sanitariya və fitosanitariya xidmətlərinin, seçilmiş dəyər zəncirlərinin gücləndirilməsi və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi vasitəsilə kənd təsərrüfatı istehsalçılarının bazarlara çıxışına kömək göstərmək kimi məsələlər müzakirə edilib. Aidiyyatı üzrə müxtəlif elmi-tədqiqat müəssisələrindən mütəxəssislərin qatıldığı dəyirmi masada, zərərvericilərə qarşı inteqrə edilmiş mübarizə tədbirlərinin təşkili və tətbiqi, respublikada kimyəvi mübarizənin ekoloji əsaslarla qurulması, aqrobiosanoza kimyəvi preparatların təzyiqinin azaldılması istiqamətində görüləcək işlər ətrafında müzakirələr aparılıb. Layihə Azərbaycan Respublikası hökuməti ilə Dünya Bankı arasında imzalanmış Kredit Sazişinə əsasən reallaşdırılır.

Camal Quliyev- Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi: "Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi olaraq Respublikada Fitosanitar vəziyyətin sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Respublikaya karantin tətbiq edilən zərərli orqanizmlərin idxalının qarşısının alınması üçün planlar həyata keçirilir. O cümlədən, daxil olan məhsullarda laborator analizlər nəticəsində karantin orqanizmlərlə sirayətlənmiş yüklərin geri qaytarılması, məhv edilməsi, zərərsizləşdirilməsi tədbirləri həyata keçirilir".

Gülnar Fazilqızı