• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 10.03.2016 11:53

Goranboyda tibbi aksiya keçirilib

Fevralın 17-dən  etibarən respublikanın bütün regionlarında olduğu kimi, Goranboyun Dəliməmmədli şəhərində də əhali tibbi müayinədən keçirilir. Müayinələrin keyfiyyətli həyata keçirilməsi məqsədilə, xəstəxanada bütün zəruri tədbirlər görülüb. Müvafiq qrafikə uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, habelə kənd və qəsəbə sakinləri bütün yaş kateqoriyasından ibarət olan insanların sağlamlıq vəziyyəti yoxlanılır. Aksiya zamanı əsasən hipertoniya, xroniki qastrit, bronxit xəstəliyi daha çox rast gəlinib. Tibbi müayinələr zamanı 10 nəfər Bakı xəstəxanalarına göndərilib, 40 nəfər  isə  stasionara  yerləşdirilib. Tibbi müayinələr  rayon mərkəzi xəstəxanası ilə yanaşı, kəndlərdə də səyyar formada aparılır.  

Natiq Kərimov- Dəliməmmədli şəhər xəstəxanasının həkimi: "Dəliməmmədli şəhər xəstəxanası öz ərazisində 5 minə yaxın əhaliyə və ətrafda olan 30-a yaxın kəndə xidmət edir. Məqsədimiz, əhali arasında aşkar olunan xəstəliklərin vaxtında aşkar olunaraq müalicə olunmasıdır. Bundan başqa, həkimlərimiz tərəfindən müalicəsi ağır olan xəstələrə daha yüksək ixtisaslı xəstəxanalara göndəriş verilir".

Elton Cabbarlı