• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3256
— 11.10.2014 11:24

Gəncəli kikboksinqçilər Avropa çempionatında iştirak edəcəklər

Oktyabrın 18-dən 24-dək İspaniyanın Bilbao şəhərində kikboksinq üzrə Avropa çempionatı keçiriləcək. Yarışda Gəncə idmançıları da qüvvəsini sınayacaq. Elnur Dəryagir Nizami yurdunu Priney yarımadasında təmsil edəcək 2 kikboksinqçidən biridir.  Təcrübəli idmançı qarşıdakı çempionata ciddi hazırlaşır. Dəryagir kikboksinqin full-kontakt versiyasında  63.5 kq-da mübarizə aparacaq. Artıq bir dəfə Avropa çempionluğunun sevincini yaşayan idmançı qarşıdakı yarışdan da vətənə yaxşı nəticəylə dönmək niyyətindədir. 

İdmançının məşqçisi Etibar Məmmədov da yetirməsinə güvənir. O, Elnurun yarışdan qitə birincisi kimi qayıdacağına əminliyini dilə gətirib. 

Elnur Dəryagirlə yanaşı Gəncədən Avropa çempionatına daha bir idmançı qatılacaq. Qalib Bayramov 91+ kq-də İspaniyada qitə yarışının mükafatçısı olmağa çalışacaq.

Orxan Cəfərzadə