• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1957
— 07.03.2016 11:41

Goranboyda Novruz bayramı ərəfəsində kənd təsərrüfatı mallarının satış yarmarkası keçirilib

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan yarmarkaya rayonda fəaliyyət göstərən müxtəlif şirkətlər və kəndli fermerlər tərəfindən bazar qiymətindən 30-40 faiz aşağı qiymətlərlə kənd təsərrüfatı məhsulları çıxarılıb. Rayon sakinlərinin böyük maraq göstərdiyi yarmarkada mal əti 5 manata, qoyun əti 6 manata, kartof 45 qəpiyə, yumurta 10 qəpiyə alıcılara təklif olunub. Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi üçün bü cür satış yarmarkaları bayram günlərinədək hər bazar günü keçiriləcək.

Cahangir Kərimov- rayon sakini: “Kartof, soğanı 50 qəpiyə, 40 qəpiyə alırıq. Qatığı, südü, süd məhsullarını 35-40 qəpiyə alırıq. Bundan gözəl nə olsun, ucuzluqdur. Göyərtinin dəstəsi 10-15 qəpikdir. Hər şey də boldur. Qiymətlər də hamımızı qane edir”.

Şümşət İmamverdiyeva- rayon sakini: “Yarmarkadan çox razıyıq. Çox gözəl təşkil ediblər. Hər şənbə və bazar günləri gəlib çox ucuz qiymətə hər şey alırıq.  Göyün dəstəsi 10 qəpik, kələmin qiyməti 20 qəpik, kartof 45 qəpik, çox yaxşıdır”.

Elton Cabbarlı