• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 05.03.2016 17:05

Respublikada cins balıqların sayını artırmaq məqsədilə Goranboyda yaradılan süni göllərin rentabelliyi yüksəldilir

Məqsəd balıq məhsullarının bolluğunu yaratmaq, bu məhsulun bazar qiymətini stabil saxlamaqdır.2009-cu ildən etibarən balıqçılıq təsərrüfatını yaradan Mehman İsmayılov ərazidə mövcud olan gölü genişləndirərək 12 hektara çatdırıb. Göldə suyun həcmi əsasən yeraltı qaynama və yağış sularının hesabına artırılır. Göldə “Tastalop”, sazan və “Belamur” balıqlarının yetişdirilməsi aparılır. Təsərrüfat sahibinin sözlərinə görə, balığın xırdaları mart ayının ortalarından başlayaraq gölə buraxılır və bir müddət vəhşi quşlardan qorunur. Bu müddətdən sonra yetişdirilən balıq sentyabr və oktyabr aylarında yığılaraq satışa çıxarılır. Göl balığının qidalanmasına gəlincə...

Mehman İsmayılov -balıqçılıq təsərrüfatının rəhbəri: "Balıqçılığı burada inkişaf etdirmək üçün ən vacib bizim yem bazamız təbiətdir. Belə ki, qamış, qırmızı pencər, dəli yonca ilə qidalanır balıq. Bundan başqa özümüz yoncanı və arpanı cücərdilmiş şəkildə balığa veririk. Heç bir kimyəvi maddələrdən balığa yem şəklində vermirik, düşünürəm ki, elə buna görə də inkişaf düşündüyümüz kimi gedir".

Böyük zəhmət tələb edən balıqçılıq gəlirli sahə kimi də artıq özünü təsdiq edib. Hazırda ölkə bazarlarında göldə yetişdirilən balığın 1 kiloqramı cinsindən asılı olaraq 5-6 manat arasında dəyişir.

Balıqçılıqla məşğul olan fermerin sözlərinə görə, əgər göldə suyun səviyyəsi mövsüm ərzində normal olarsa, eləcə də balığın yem bazası il ərzində kifayət qədər müşahidə olunarsa, onda gölün hər hektarında təxminən satış məqsədilə 7-8 ton balıq məhsulunu əldə etmək mümkündür.

Göl balığının yaxşı inkişaf etməsi və ətinin dadlı olması üçün ən vacib olan amillərdən biri də gölün suyunun daim axarlı olması və bol oksigenli suyla əvəzlənməsidir.

Xaliq Qurbanlı