• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 05.03.2016 16:40

Ağstafada “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib

Bakı və qərb bölgəsindən olan 120-dən çox sahibkar və fermer Dövlət Proqramının yerinə yetirilməsi, sənayeləşmənin regionlara inteqrasiyası, sahibkarlığın inkişafında yeni mərhələ və digər məsələlər barədə məlumatlandırılıb. Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişafının diqqət mərkəzində olduğunu vurğulayıb.  Forumda iştirak edən Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyinin nümayəndəsi Burhan Erenoğlu da qardaş ölkənin qida və kənd təsərrüfatı sahəsində olan təcrübəsini azərbaycanlı iş adamları ilə bölüşüb, sahibkarları maraqlandlran sualları cavablandırıb.

Rahim İbrahimoğlu