• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 810
— 04.03.2016 15:27

Xaricdən cins heyvanları gətirməkdənsə, onların toxumlarından istifadə məqsədəuyğun sayılır

Xaricdən cins heyvanların gətirilməsi və mayalandırılması istiqamətində bir sıra addımlar atılır. Düzdür, mədəni cinslərin heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində müsbət  təsiri var. Lakin, mütəxəssislər  gen vasitəsilə bir sıra xəstəliklərin keçmə risklərinin olduğunu istisna etmirlər.

Mütəxəssis Suliddin Abbasovun sözlərinə görə, xaricdən cins heyvanları gətirməkdənsə, onların toxumlarından istifadə etmək daha məqsədəuyğundur. Çünki, bu cinslərin genlərində  monositoz kimi xəstəliklər mövcuddur. 

Suliddin Abbasov- kənd təsərrüfatı üzrə fəlsəfə doktoru:  “Genomunda - autzom xromosomlarında resensif əlamətləri daşıyan genlərdir. O genlər vasitəsilə bir sıra xəstəliklər əmələ gəlir. Sonradan digər formalarda -məsələn, buzov doğur, bir hissəsi tüksüz olması, ətrafların olmaması, ana bətnində ölü doğulması, ətrafların iflic formada olması özünü biruzə verir. Bu da irsi xüsusiyyətlərlə, xromosomlarla bağlı olan xəstəliklərdir".

Mütəxəssis eyni zamanda bəzi təsərrüfatlarda belə heyvanların qapalı şəraitdə saxlanıldığına diqqət çəkir ki, bu da məhsuldarlığın aşağı düşməsinə təsir edən amildir.

Suliddin Abbasov- kənd təsərrüfatı üzrə fəlsəfə doktoru: Çünki biz deyirik ki, fenotip bərabərdir genotip plus paratip. Yəni mühit amilləri onun irsiyyətinə təsir göstərir. Əgər biz o “Holştin” cinsini ancaq qapalı şəraitdə saxlasaq, o, öz məhsuldarlığını 20-25 faiz aşağı salar. Əksinə, gün ərzində o, 4-5 km gəzsə, 15-25 faiz məhsuldarlığını qaldırar".

Mütəxəssislər heyvandarlıqda bəslənmə, saxlanma və yemləmə səviyyəsini də əsas şərt sayırlar. Xüsusilə də mədəni heyvanları döşəməsi sərt olmayan tövlələrdə saxlamaq məsləhət görülür. Bu heyvanların dırnaqları nazik olduğu üçün tez əzilir və bir sıra dırnaq xəstəliklərinə tutula bilirlər.

Aidə Ramizqızı