• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 04.03.2016 12:52

Samuxda və Goranboyda əhalinin məşğulluğunun təmin olunması istiqamətində vakant yerlərin sayı artırılıb

Bunun üçün rayon ərazisində fəaliyyət göstərən dövlət, özəl və sahibkarlıq subyektlərinə iş yerlərinin mərkəzlərə təqdim olunması üçün məktublar ünvanlanıb.

2016-cı ilin yanvar ayı ərzində Samux rayon Məşğulluq Mərkəzinə 207 vakant iş yeri təqdim olunub. Boş is yerləri əsasən dövlət müəssisələrinin payına düşüb. Daha çox işçi axtaranlar Dövlət Neft Şirkətinin yerli qurumları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Müəssisəsi olub. Təqdim olunan iş yerlərindən 197-nə müraciət edildiyindən müvafiq göndərişlər verilib. Həmin yerlər üzrə orta aylıq əmək haqqı 180 manat olub. 2015-ci il ərzində Samux rayon Məşğulluq Mərkəzinə 341 nəfər müraciət edib. Onlardan 202 nəfəri münasib işlə təmin olunub.

Xaliq Həsənov- Samux rayon Məşğulluq Mərkəzinin direktoru: “Müraciət edənlər çoxdur. 300 nəfərə yaxın vətəndaşa işə düzəlməsi üçün göndəriş verilib. SOCAR şirkətindən 89 nəfər, Mənzil Kommunal İstehsalat Birliyi Müəssisəsi tərəfindən 60 nəfər işlə təmin olunub. Qalan idarələrə isə 10-20 nəfər işə düzəlib”.

Goranboyda da əhalinin məşğulluğunun artırılması istiqamətində tədbirlər həyata keçirilir. Rayon Məğulluq Mərkəzinə bu ilin 2 ayı ərzində 1300 nəfər müraciət edib ki, onlardan da 326-sı işlə təmin olunub. 11 nəfərə işsizlik statusu verilərək müavinət ödənilib.

Nicat Məmmədov- Goranboy rayon Məşğulluq Mərkəzinin direktoru: "Mərkəzə müraciət edən vətəndaşların böyük əksəriyyəti yaşadıqları kəndlərdə iş yerləri ilə təmin olunmasını istəyirlər. Biz də öz növbəmizdə çalışırıq onları mövsümi işlərlə təmin edək. Bu yaxınlarda rayon ərazisində böyük fabrik açılır, bunun üçün bizə işçilərin yığılması ilə bağlı göstəriş verilib”.

Ötən il mərkəzə müraciət edən 490 nəfərdən 236-sı daimi işlə təmin olunub. 24 nəfərə isə işsizliyə görə müavinət ödənilib.

Xaliq Qurbanlı