• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4425
— 11.10.2014 01:48

Gəncədə polis əməkdaşı qəzaya uğradığı avtomobillə piyadanı vurub

Bu gecə Gəncə şəhərində Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində yol qəza hadisəsi qeydə alınıb. Gəncə sakini Amin Məmmədov idarə etdiyi "VAZ 2109" markalı avtomobillə Şah İsmayıl Xətai prospekti ilə hərəhətdə olarkən qarşı tərəfdən gələn Zaur Əliyevə məxsus "Mercedes"lə toqquşub. Nəticədə hər iki avtomobilə xeyli ziyan dəyib. Bundan başqa "Mercedes" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq piyada 47 yaşlı Namiq Hüseynovu vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun səhhətini orta-ağır kimi qiymətləndirib. Qeyd edək ki, Zaur Əliyev Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşıdır.

Rəfail Əsədov- həkim: "Xəstəxanamıza avtomobil vurulması nəticəsində bir nəfər -1967-ci il təvəllüdlü Gəncə şəhər sakini Hüseynov Namiq Nadir oğlu gətirilib. İlkin müayinə zamanı bədənin müxtəlif nahiyələrində əznik və sıyrıqlar aşkarlanıb. Xəstəyə tibbi yardım göstərilib və stasionar müalicə üçün palataya yerləşdirilib".