• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4424
— 11.10.2014 01:34

Şəmkirdə qəza törədən sürücü hadisə yerindən qaçıb

Ötən gün axşam saat 23:00 radələrində Şəmkir-Gədəbəy avtomobil yolunun 10-cu kilometrliyində yol qəza hadisəsi baş verib. Gəncə sakini 23 yaşlı Elvin Bayramovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Gədəbəy sakini 23 yaşlı Təhmurazov Cavadovun sükan arxasında əyləşdiyi eyni markalı avtomobil toqquşub. Sürücülər qəzadan xəsarətsiz xilas olsalar da onların sərnişinləri 54 yaşlı İmamverdi və 30 yaşlı Xəyalə Bayramovalar, eləcədə digər avtomobildə olan 24 yaşlı Bahar Hüseynova müxtəlif bədən xəsarətləri alıb. Həkimlər ilk iki xəstənin vəziyyətini kafi Bahar Hüseynovun səhhətini isə ağır kimi qiymətləndirib. Qeyd edək ki, qəzanın iştirakçısı olan Təhmuraz Hüseynov hadisədən sonra qaçaraq ərazini tərk edib.

Şahin Məmmədov- həkim: "Avtoqəza nəticəsində Şəmkir Mərkəzi rayon Xəstəxanasının 1-ci cərrahiyyə şöbəsinə 3 nəfər xəstə müraciət edib. Onlardan ikisinin səhhətində ciddi problemlər olmadığından  ambulator yardım göstərilib. Digər bir xəstə ağır olduğundan dərhal əməliyyat olunub". 

Faktla bağlı Şəmkir polisi tərəfindən araşdırma aparılır.