• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 01.03.2016 18:04

Gəncədə 3 böyük su anbarı təmir edilərək istifadəyə verilib

Hazırda Gəncədə 40-a yaxın su anbarı var. Onlardan 5-i öz tutumuna görə böyük anbarlar hesab edilir. Hazırda Gülüstan ərazisində 2, Totanlıda isə 1 su anbarı təmir edilərək istifadəyə verilib. Digər anbarların da sanitar normalara cavab vermələri üçün cari təmir işləri həyata keçirilir. Gəncə əhalisinin su təminatı 3 su mənbəyinin hesabına başa gəlir. Bunlar Qızılqaya, Ağ su, və 193 subartezian quyusudur. Ağ suyun şəhərin ayrı-ayrı nöqtələrinə xətlər vasitəsilə çatdılırması hələlik mümkün olmadığından sakinlər içməli suyu xüsusi maşınlar vasitəsi ilə alırlar. Gülüstan qəsəbəsi 518 nömrəli anbardan götürülən Ağ su gün ərzində şəhərin müxtəlif ərazilərinə çatdırılır. Hazırda şəhər ərazisində 40-a yaxın su maşını işləyir ki, onların da əksəriyyəti fərdi istifadədədir. Buna baxmayaraq, Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi mütəmadi olaraq su maşınlarının gigiyenik normalara cavab verib-verməməsini yoxlayır, bakteoroloji müayinələr aparır.

Fazil Nəbiyev- Gəncə şəhər GEM-nin Kommunal Gigiyena Bölməsinin müdiri: "Biz həmin su çənlərinin dezinfeksiya olunmasını, təkrar yuyulmasını, təmizlənməsini və yenidən nümunələrin götürülərək, yoxlanılmasını həyata keçiririk. Əgər laborator müayinələrin nəticəsi müsbət olarsa, həmin maşınlarda yenidən su satışına icazə veririk".

Vüsalə Camal