Hadisə bu gün günorta saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib. Qax rayonu Qaşqaçay kənd sakini 1969-cu il təvəllüdlü Rəcəbov Mövsüm Xaləddin oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 34 BA 044 dövlət nömrə nişanlı avtomobillə 1962-ci il təvəllüdlü Şəki rayonu Biləcik kənd sakini Yunusov Rəfael Rizvan oğlunun idarə etdiyi eyni markalı, 10 LF 018 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və Rəfael Yunusovun avtomobilində olan sərnişin, Şəki rayonu Biləcik kənd sakini 1949-cu il təvəllüdlü Məmmədov Həşim İsmayıl oğlu xəsarət alıblar. Xəsarət alanlardan Möhsüm Rəcəbovun və Rəfael Yunusovun xəsarətləri yüngül olduğundan onlara hadisə yerinə çağrılmış Şəki TTTYS-nin əməkdaşları tərəfindən tibbi yardım göstərildikdən sonra sərbəst buraxılıblar. Həşim Məmmədov isə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Şəki RMX-dan verilən məlumata görə, Həşim Məmmədovun vəziyyəti orta-stabil qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir. Şahidlərin verdiyi məlumata görə, sürücülərdən Möhsüm Rəcəbov qəza törədən zaman sərxoş olub. Faktla bağlı Şəki rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağdamda ağır yol qəzası baş verib
Ağdam rayonunun Təzəkənd kəndi ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin sözlərinə görə, Bərdə rayon Şirvanlı kənd sakini Aslan Qarayevin idarə etdiyi “QAZ-24” markalı avtomobil yolun kənarında xarab olaraq dayanan yük maşınına çırpılıb. Nəticədə sürücü, 25 yaşlı Aslan Qarayev və yük maşınını təmir etmək üçün yolun kənarında olan Ağdam rayon 4 yol-1 qəsəbə sakinləri 44 yaşlı Ramiz Nəsibov və 28 yaşlı Tiflis İsmayılov xəsarət alıb. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan aldığımız məlumata görə, “QAZ-24”-ün sürücüsü Aslan Qarayevin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 927