• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3905
— 10.10.2014 17:39

Sumqayıtda ticarət mərkəzində baş verən yanğın zamanı bir nəfər həyatını itirib

Sumqayıt şəhərindəki “Karvan” ticərət mərkəzində baş verən yanğında bir nəfər ölüb.
Ümümi sahəsi 10 min kvadrat metr olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsindən başlanan yanğın qısa zaman ərzində digər mərtəbələrə keçib. Alovun qarşısını almaq üçün əraziyə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub. Lakin yanğının miqyası və obyektin sahəsinin böyük olduğu üçün hadisə yerinə Bakının Binəqədi və Abşeron rayonundan da əlavə qüvvələr çağırılıb.
Hadisə yerinə FHN-nin müavini Etibar Mirzəyev və Nazirliyinin aidiyyatı xidmət rəhbərləri də baş çəkib. Təxminən bir saata yaxın davam edən yanğının qarşısı alınıb. Ticarət mərkəzinin içərisində insanlar qaldığından əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti də cəlb edilib. Yanmış ərazidə aparılan kəşfiyyat yoxlamaları zamanı 47 yaşlı İlqar Əliyevin meyidi tapılıb. Bundan əlavə tüstüdən boğulma təhlükəsi ilə üzləşən 6 nəfər də xilas edilib. İlkin araşdırmalar zamanı ticarət mərkəzinin 600 kvadrat metr sahəsinin yandığı müəyyən edilib. FHN-nin müavini Etibar Mirzəyev deyir ki, binada yanğın təmir vaxtı olub və 1, 2, 3 və 4- cü mərtəbələr yanıb. 
Hadisə nəticəsində 10-dan çox mağazaya da ciddi ziyan dəydiyi deyilir. Yanğına ilkin səbəb kimi isə elektrik naqillərində baş verən qısaqapanma göstərilir.