• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4018
— 10.10.2014 17:37

Siyəzəndə avtomobilinin idaretməsini itirən sürücü nəqliyyat vasitəsini aşırıb

Yağışlı hava şəraitində avtomobilinin idaretməsini itirən sürücü nəqliyyat vasitəsini aşırıb.

Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 114-cü km-də, Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. 35 yaşlı Tərtər rayon sakini Niyaməddin Ağalarovun idarə etdiyi “Hyundai” markalı 90 XT 785 qeydiyyat nişanlı avtomobil Xaçmaz istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sürücü müxtəlif bədən xəsarətləri alıb. Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıya sağ yuxarı ətrafının bilək nahiyyəsində bazu arteriyanın kəsilməsi və sol körpücük sümüyün qapalı sınığı diaqnozu qoyulub. Niyaməddin Ağalarov ilkin tibbi yardımdan sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib. Qeyd edək ki, qəza zamanı sürücü maşında tək olub. Hadisənin baş verməsinə ilkin səbəb kimi yağışlı hava şəraiti göstərilir. Faktla bağlı araşdırmalar davam etdirilir.