• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3637
— 10.10.2014 16:30

Futbol üzrə AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlara start verilib

 İngiltərənin böyükhesabla qələbə qazandığı oyun günündə, son Avropa çempionu İspaniya gözlənilmədən rəqibinə boyun əyib.

Gecənin sürprizi C qrupunda yaşanıb. Səfərdə Slovakiyanın qonağı olan İspaniya seçməsi meydan sahiblərinə məğlub olub. Görüşdə hesabı slovakiyalılar açıb. 17-ci dəqiqədə Yuray Kuçka cərimə zərbəsini mükəmməl yerinə yetirməklə komandasını hesabda irəli çıxarıb. Uzun müddət oyunda üstünlüyü ələ alan slovaklar sona 7 dəqiqə qalmış qapılarında qol görüblər. Fransisko Alkaser "qırmızı furiya"nın bərabərlik qoluna imza atıb. Ancaq 4 dəqiqə sonra Slovakiya millisi qələbə qolunu vura bilib. Miroslav Stok Kasilyasın qoruduğu çərçivəyə yol tapıb. 2:1

E qrupunda İngiltərə millisi "cırtdan ölkə" San Marino ilə qarşılaşıb. Oyunun aşkar favoriti olan ingilislər 24-cü dəqiqədə ilk qol istəyini reallaşdırıb. Fil Djaqelka künc nöqtəsindən havalandırılan topu başı ilə tora atıb. 43-cü dəqiqədə fərq iki topa yüksəlib. Ueyn Runi onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İkinci hissədə Roy Hodsonun yetirmələri rəqibini daha 3 dəfə mərkəzə dəvət edib. Əvvəlcə Dani Uelbek 49-cu dəqiqədə yumşaq mərmini San Marinonun qapısından keçirib. 72-ci dəqiqədə Andros Taunsend uzaq məsafədən qapıya baxımlı qol vurub. 90-cı dəqiqədə oyunda son nöqtə qoyulub. Dubl müəllifinə çevrilən Ueyn Runi İngiltərə millisinə 5:0 hesablı qələbə qazandırıb.

G qrupunda keçirilən İsveç - Rusiya matçında tərəflər hərəyə 1 dəfə qol sevinci yaşayıb. Qarşılaşmada ilk dəqiq zərbə şimal qonşularımızdan gəlib. 10-cu dəqiqədə Aleksandr Kakorin sərrast vuruşla tre-krunurun qapısına yol tapıb. 49-cu dəqiqədə İsveç futbolçuları status kvonu bərpa edib. Ola Tayvonen əlinə düşən fürsəti qaçırmayaraq komandasına 1 xal qazandırıb.

AVRO-2016-nın seçmə mərhələsi

9 oktyabr

C qrupu

Belarus - Ukrayna - 0:2 

Martynoviç, 82-avtoqol, Sydorkuk, 90+3

Makedoniya - Lüksemburq - 3:2

Qollar: Traykovski, 20, Yahoviç, 66, Abdurahimi, 90+2 - Bensi, 39, Turpel, 44

Slovakiya – İspaniya - 2:1

Qollar: Kuçka, 17, Stok, 87 - Pako, 82

E qrupu

İngiltərə - San-Marino - 5:0

Qollar: Jaqielka, 25, Runi, 44-pen, Uelbek, 49, Taunsend, 72, Della Valle Ales, 78-avtoqol

Litva - Estoniya - 1:0

Qol: Mikolünas, 76

Sloveniya – İsveçrə - 1:0

Qol: Novakoviç, 79-pen

G qrupu

Lixtenşteyn - Monteneqro - 0:0

Moldova - Avstriya - 1:2

Qollar: Dedov, 27-pen -Alaba, 12-pen, Yanko, 51

İsveç – Rusiya - 1:1

Qollar: Toivonen, 49 - Kokarin, 10