• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1609
— 27.02.2016 15:32

GDU-da “Tələbələrin 1-ci könüllülük qış məktəbi” layihəsi həyata keçirilir

2016-cı il Avropanın Gənclər paytaxtı olan Gəncədə keçiriləcək tədbirlərə dəstək məqsədi ilə Gəncə Dövlət Universiteti "Tələbələrin 1-ci könüllülük qış məktəbi" layihəsinə start verib. Məqsəd, şəhər gəncləri arasında könüllülüyün təbliği, təşkil ediləcək məktəbə daha çox gəncləri cəlb etməklə qarşıya qoyulan vəzifələrin reallaşdırılmasıdır. Layihəyə Gəncə Dövlət Universitetinin 36 tələbəsilə yanaşı, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncədəki kolleclərin fəal tələbələri də qoşulub. Qış məktəbinin məzunları Gəncə-2016 Avropa Gənclər paytaxtı titulu altında keçiriləcək tədbirlərdə şəhərimizi layiqincə təmsil etməyi qarşılarına məqsəd qoyub.

Orxan Məmmədov- GDU-nun Tələbə Gənclər təşkilatının sədri: "Bu, universitetimizdə tələbələrlə bağlı olan ən böyük layihədir. İlk dəfədir ki, həyata keçiririk. Davam etmə müddəti 27 fevral - 1mart tarixlərini əhatə edəcək. Burada liderlik, fərdi inkişaf, komanda işi, şəxsi brendin yaradılması ilə bağlı müxtəlif mövzularda təlimlər keçirilir. Həmçinin, Gənclər paytaxtı layihəsi, bununla əlaqədar Gəncədə həyata keçiriləcək proqramlara dair görüşlərin təşkili nəzərdə tutulub”.

Gülnar Fazilqızı