• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 27.02.2016 13:12

Tovuzda kartof əkini başlayıb

Yerli istehsalı artırmaq, əkin sahələrini genişləndirərək keyfiyyətli, bol məhsul götürmək üçün kişilərlə yanaşı qadın fermerlər də hərəkətə keçib. Tovuzda da əvvələr xanımlar daha çox ev işləri ilə məşğul olurdularsa, artıq zərif cinsin nümayəndələri icarəyə torpaq sahələri götürüb kartof əkirlər.

Yağmurlu havanın ardından qərb bölgəsində kartofun əkilməsinə başlanıb. Bir neçə gündür böyüklü-kiçikli hər kəs Tovuzda sahələrə axışıraq əkinlə məşğuldurlar. Ötən illərlə müqayisədə builki işlərin 90 faizi kənd təsərrüfatı texnikası vasitəsilə aparılır. Kiçik sahələrdə isə əl əməyindən istifadə olunur. Təsərüffatçılar suvarma ilə bağlı problem yaşanmasın deyə artezian quyularına yaxın olan ərazilərdə əkin aparırlar.

Fermerlər bu il şumlanmış sahələrə Rusiyadan və Tovuzun ucqar dağ kəndlərindən 0.45 - 0.55 qəpiyə aldıqları toxumluq kartof əkirlər. Hazırda Tovuzun Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı, Aşağı Quşçu kəndlərində ikinci çörək sayılan kartofun əkini davam edir. Ötən il tovuzlu sahibkarlar 7668 hektar sahədən 165 min 322 ton məhsul götürüblər.

Rahim İbrahimoğlu