• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 26.02.2016 15:49

Xocalı soyqırımı xocalılar tərəfindən anıldı

Xocalı 20-ci əsrin ən böyük faciəsidir və bu qətliam dünya birliyinə bəyan olunmalıdır. Bu baxımdan uğurlu bir layihə kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində keçirilən "Xocalıya ədalət!" kampaniyasının adı çəkilir. Gəncə şəhər Kəpəz rayonu ərazisində əsasən Xocalıdan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə şəhər ictimaiyyəti və xocalıların iştirakı ilə keçirilən anım tədbirində də belə olub. Tədbirdə əvvəlcə həlak olanların ruhuna dualar oxunub. Daha sonra çıxış edənlər Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri cinayətlər barədə danışıblar. Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi Xocalı faciəsinə həsr olunmuş tamaşa göstərib. Sonda Xocalı məktəblilərinin qətliama həsr edilən rəsm sərgisinə baxış keçirilib.

Zülfiyyə Telmanqızı