• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3379
— 26.02.2016 15:47

Qərb bölgəsində yol kənarlarının yaşıllaşdırılmasına başlanılıb

Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Goranboy rayonundan keçən 3 km hissəsində yol kənarlarının yaşıllaşdırılmasına başlanılıb. 10 gündür davam edən aksiya zamanı əraziyə ümumilikdə 2 mindən çox müxtəlif növ ağac əkilib.  

 “Azəryolservis”in 10 saylı Yol Yaşıllaşdırma Cəmiyyəti tərəfindən bu günədək yolun kənarları məişət tullantılarından təmizlənilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Yaz ağacəkmə kampaniyasına uyğun olaraq bu gün iqlim relyefinə uyğun olan 200-ə yaxın Eldar şamı ağacı əkilib.

Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin 10 saylı Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyəti Respublikamızın 7 rayonuna gedən magistral yolun kənarındakı yaşıllığa xidmət edir. Bu gün keçirilən ağacəkmə aksiyası bütün bu ərazilərdə aparılır.

400 km magistral yolun kənarındakı yaşıllığa xidmət edən idarə ətraf mühitin qorunması üçün əhalini də diqqətli olmağa çağırır.

Əli Qurbanov- aqronom: “60 minə yaxın tinglikdə ağacımız var. Orada Eldar şamı, sərv, akasiya, gül kollarını əkib becəririk. Sonra onları sahələrə köçürürük, kənardan ağac almırıq, hamısını öz sahəmizdə yetişdiririk. Fürsətdən istifadə edib yoldan keçən sürücülərdən xahiş edirik ki, əkdiyimiz ağacların yanından keçərkən zibil atmasınlar, eləcə də əhali qoyun sürüləri ilə əkdiyimiz ağacları qırmasınlar”. 

Yol kənarlarına əkilən yaşıllığın suvarılması da idarə işçiləri tərəfindən həyata keçirilib. Mart ayının sonuna kimi 10 saylı Yol Yaşıllaşdırma Cəmiyyəti tərəfindən xidməti ərazilərin yol kənarlarına 10 minə yaxın müxtəlif növ ağac əkilməsi planlaşdırılır.

Elnur Vahidoğlu