• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3372
— 26.02.2016 13:41

Xocalı faciəsinin 24-cü ildönümü qərb bölgəsinin rayonlarında da anılır

24 il bundan əvvəl baş verən soyqırım zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilir.

Samuxda baş tutan mərasim rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisinə baxışla başlayıb. 20-ci əsrin ən dəhşətli qətliamlarından bir kimi qiymətləndirən Xocalı faciəsinə siyasi qiymət verilməsində və onun əsas mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərinə diqqət çəkilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət" kompaniyasının bu məqsədə nail olunmasındakı rolu yüksək qiymətləndirilib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivinin faciəyə həsr olunan tamaşası təqdim edildikdən sonra Xocalıda baş verənləri əks etdirən film nümayiş olunub.

Göygöl rayon Mədəniyyət Evində keçirilən tədbir Xocalının günahsız qurbanlarının xatirəsini yad etməklə başlayıb. Rayonun mədəniyyət işçilərinin və məktəblilərin birgə hazırladıqları ədəbi- bədii kompazisiya tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Uşaqların, qocaların, xəstələrin, qadınların min əzab verilərək işgəncə ilə öldürülməsi erməni vandalizminin daha bir aktı kimi qiymətləndirilib. Bu gün Xocalı faciəsinin dünyanın bir çox ölkələrində xalqımıza qarşı soyqırım hadisəsi olaraq qəbul olunmasında məhz “Xocalıya Ədalət” kompaniyasının böyük rol oynadığı xüsusi vurğulanıb. Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı rayonun bütün təhsil müəssisələrində, idarə və təşkilatlarda anım tədbirləri keçirilib.

Goranboydakı anım tədbiri Xocalıda həlak olanların xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidə önündə baş tutub. Toplantı iştirakçıları

abidə üzərinə tər-çiçəklər düzüb, yerli rəssamların faciəyə həsr etdikləri rəsm əsərlərinə tamaşa ediblər. Mədəniyyət işçiləri tərəfindən təqdim edilən meydan tamaşasında Xocalıda baş verən qətliam obrazların dili ilə çatdırılıb. Xalqımıza qarşı ermənilər tərəfindən törədilən bu soyqırım aktı insanlığa qarşı yönələn ən böyük cinayət kimi səciyyələndirilib.

Natiq Hüseyn