• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 10.10.2014 16:19

Bakıda FİDE-nin Qran-Pri turnirində 7-ci turun oyunları reallaşıb

Bu tur yarışda mübarizə aparan azərbaycanlı şahmatçılar eyni nəticəyə imza atıb. Belə ki, həm Teymur Rəcəbov, həm də Şəhriyar Məmmədyarov rəqibi ilə sülh bağlayıb. Teymur kubalı Lenyer Domingeslə xalları yarı bölübsə, Məmmədyarov rusiyalı Yevgeni Tomaşevski ilə heç-heçə oynayıb. Hesabat turundan sonra Rəcəbov 4 xalla digər iki şahmatçı ilə birlikdə 3-cü, 5-ci yerləri bölüşdürür. Şəhriyar hesabındakı 2,5 xalla autsayder mövqeyini qoruyur. Bu gün keçiriləcək 8-ci mərhələdə o, Serqey Karyakinlə görüşəcək. Teymur isə Tomaşevski ilə üz-üzə gələcək.