• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 26.02.2016 11:28

Xocalı əhalisinin başına gətirilən müsibətlər gənclərin gözü ilə...

Xocalı Soyqırımının 24-cü ili münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin ifasında tamaşa nümayiş etdirilib. Erməni qəsibkarları tərəfindən Xocalı əhalisinin başına gətirilən müsibətlər gənclərin gözü ilə təqdim olunub. Fevralın 25-dən 26-na keçən gecə qoca, qadın və uşaqlara aman verilmədən törədilən vəhşilik, əliyalın əhalinin qaçaraq canlarını qurtarması 30 dəqiqəlik tamaşada izləyicilərə çatdırılıb. Tələbələrin özləri tərəfindən səhnələşdirilən tamaşanın sonunda Azərbaycan xalqının mənfur qonşularımız olan ermənilər üzərində qələbəsi əks olunur. Tədbirdə Xocalı Soyqırımına həsr olunan şeirlər səsləndirilib, soyqırım qurbanlarının əziz xatirəsi yad edilib.

Ruhəngiz Hacızadə