• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3631
— 10.10.2014 15:42

Futbol üzrə Azərbaycan I Divizionunda 6-cı turun görüşləri keçirilir

Bu tur Gəncənin "Kəpəz" klubu doğma meydanda "Mil-Muğan" kollektivini qəbul edib.

Qapıçılardan oyuna ilk qoşulub topa reaksiya verən Davud Kərimi oldu. “Kəpəz”in qolkiperi künc zərbəsi zamanı yaxşı oynadı. 26-cı dəqiqədə hakim əllə oyuna görə Gəncə klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Topun arxasına keçən Sabir Allahquliyev keçmiş komandasının çərçivəsinə yol tapa bilmədi. Bundan sonra üstünlük ev sahiblərinin tərəfinə keçdi. Mil-Muğanın cərimə meydançasına daxil olmaqda çətinliklə üzləşən gəncəlilər əvəzində iki dəfə standart vəziyyətdə təhlükəli oldular. Hər iki  epizodda rəqib qapıçı komandasını real qoldan xilas etdi. İlk yarıda hesab dəyişmədiyindən tərəflər fasiləyə qolsuz bərabərliklə yollandılar.

Oyunun ssenari demək olar ki, ikinci hissədə də dəyişmədi. Qonaqların hücumu ilə başlayan növbəti 45 dəqiqədə Sabir Allahquliyev çərçivəyə doğru ilk zərbənin müəllifi oldu. 70-ci dəqiqədə Kəpəzin əleyhinə penalti təyin olundu. Sərxan Müslümov yenə topa əllə oynadığından hakim ağ nöqtəni göstərdi. Bu dəfə zərbəni yetirmək məsuliyyətini öz üzərinə götürən Samir Babayev hədəfdən yayınmadı. Hesabın açılmasından sonra da  İmişli klubu futbolçuları Kərimini mövqeyində narahat etməkdə davam etdilər. Məğlubiyyətdən xilas olmağa çalışan ev sahiblərindan isə yalnız Ziyabil Məmmədovun qapıya doğru zərbəsi diqqəti çəkdi.