• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1609
— 24.02.2016 14:03

Samuxda mədəniyyət işçiləri Xocalı soyqırımı ilə bağlı ədəbi- bədii kompozisiya nümayiş etdiriblər

Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin kollektivi Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirir. Qarayeri qəsəbəsində keçirilən növbəti tədbirin iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarlarını ziyarət edib, önünə tər çiçəklər düzüblər. Qəsəbənin uşaq musiqi məktəbində keçirilən tədbirdə çıxış edənlər Xocalıda xalqımızın başına gətirilən dəhşətlərdən danışıblar. İnsanlığa, bəşəriyyətə qarşı törədilən bu cinayət aktının dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri xatırlanıb. Xocalı həqiqətlərinin dünya ölkələri tərəfindən tanınması üçün dövlətimiz bu gün də səylə çalışır. Tədbir rayon mədəniyyət işçilərinin hazırladıqları "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya ilə davam edib.

 

Natiq Hüseyn