• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 24.02.2016 16:05

Tovuz sakinlərinin 21 illlik əziyyətlərinə son qoyuldu

Söhbət Tovuzun ucqar dağ kəndi - Hacıhəsənli sakinlərindən gedir. Bu kəndin 116 abonenti bu gün təbii qazla təmin edilib. Bunun üçün kənddə uzunluğu 11 min 547 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 116 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qazın verilməsi mərasimində rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Kənd sakinləri uzun illər kənddə qazın olmamasından çox əziyyət çəkdiklərini bildiriblər. Novruz ərəfəsində kəndin mavi yanacaqla təmin edilməsi isə onlar üçün əsl bayram hədiyyəsi olub. 

 

Rahim İbrahimoğlu