• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1060
— 24.02.2016 15:58

Tezliklə ölkədə kənd təsərrüfatı sahəsində yerli istehsal olan maşınların istifadəsinə başlanacaq

Tezliklə kənd təsərrüfatında Azərbaycanın istehsal etdiyi yeni maşınların istifadəsinə başlana bilər. Gəncədə yerləşən Azərbaycan Elmi Tədqiqat Aqromexanika İnstitutu ötən il 4 maşın hazırlayıb və onların kənd təsərrüfatında istifadəsinə razılıq alıb. İndi bu maşınların kütləvi istehsalı üçün yerli və xarici investorlarla danışıqlar aparılır. Ümumilikdə isə İnstitut son 10 ildə 30-dan artıq kənd təsərrüfatı qurğusunu patentləşdirib. İnstitutun texniki laboratoriyasında hazırlanan kiçik qabaritli və az enerji sərf edən, idarə olunması asan və təhlükəsiz olan qurğular və maşınlar əsasən fermer təsərrüfatlarında istifadə etmək üçün nəzərdə tutulur. Məsələn, qarğıdalı dəninin arıtlanması və üyüdülməsi, günəbaxan tumunun arıtlanması və qabığının soyulması, həmçinin quru, qaba heyvan yemlərinin hazırlanmasında bu texnikanın tətbiqi insan əməyini asanlaşdırır və vaxt itkisini azaldır.

Kamil Fətəliyev- Azərbaycan Elmi- Tədqiqat Aqromexanika İnstitutunun direktoru: “Bu yaxınlarda Neft qazma cəmiyyətinin baş direktoru, eləcə də əsas dəmir istehsalçısı olan “Akkord” şirkətlər qrupunun nümayəndələri bizim institutda olublar. Onlar bizim institutun hazırladığı maşınlarla  yaxından maraqlanaraq tanış olublar. Onlara həmin qurğuların iş prinsipini nümayiş etdirmişik. Onlar da gələcəkdə qeyri- neft sektoru kimi həmin maşınların respublikada partiya şəklində hazırlanaraq kəndli fermerlərə verilməsini vacib hesab ediblər”.  

 

Ruhəngiz Hacızadə