• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 23.02.2016 11:29

Sərhəd kəndi Cəfərlidə ilk çərşənbə qeyd edilir

Baharın ilk müjdəçisi Su çərşənbəsidir. Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən, mütəmadi olaraq atəşkəs rejiminin pozulduğu Cəfərli kəndində də ilk çərşənbə yüksək səviyyədə təşkil edilir, evlərdə səməni qoyulur, süfrələr bayram təamları ilə bəzədilir.

Digər bölgələrə nisbətən sərhəd kənddə tonqallar günün aydın vaxtı alovlandırılır. Günorta saatlarından başlayaraq uşaqlı-böyüklü hər kəs küçədə tonqal üçün tədarük görür. Sakinlər deyir ki, düşmən kəndi tez-tez atəş altında saxlasa da, onlar öz adət-ənənələrini yaşatmaqdan, bayramlarını qeyd etməkdən çəkinmirlər.

İlk çərşənbədə milli adət-ənənəyə uyğun olaraq səhənglə su daşınır, səməni cücərdilir. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq da bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır.

 

Rahim İbrahimoğlu