• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1146
— 22.02.2016 12:23

Şəmkirdə əhalinin tibbi müayinəsi davam edir

Fevral ayının 15-dən start götürən əhalinin profilaktik tibbi müayinəsi Şəmkir rayon poliklinika şöbəsində davam etdirilir. Şöbədə ixtisaslı həkimlərdən ibarət briqada yaradılıb. Yoxlanışdan keçənlər ehtiyac olarsa, UZİ və rentgen müayinələrə cəlb olunurlar. Ötən bir həftə ərzində 13 221 rayon sakini tibbi müayinədən keçirilib. Onlardan 12301 nəfəri sağlam hesab edilib. 94 nəfər stasionar, 813 nəfər isə ambulator müayinəyə cəlb olunub. 13 nəfərə paytaxt Bakıda fəaliyyət göstərən ixtisaslı tibb müəssisəsinə göndəriş verilib. Vətəndaşlar arasında ürək-damar mədə-bağırsaq xəstəliklərinə daha çox rast gəlinib. Hələlik ciddi yoluxucu xəstəliklər müşahidə olunmayıb. Rayonda əhalinin tibbi müayinəsi səyyar həkim briqadası tərəfindən müxtəlif yaşayış məntəqələrində də davam etdirilir. Artıq 66 yaşayış məntəqəsində bu müayinələr başa çatdırılıb, 10000- dən çox sakin tibbi yoxlamadan keçirilib.

Arif Sadıqov- Şəmkir rayon Poliklinikasının müdiri: “Şəmkir rayonunda əhalinin tibbi müayinəsi 3 istiqamət üzrə aparılır. Birinci əhali poliklinikaya müraciət edir və burada ixtisaslı həkimlər tərəfindən müayinədən keçir. İkincisi ailə həkimləri tərəfindən müayinələr aparılır. Bundan başqa xüsusi yaradılan briqadalar var ki, onlar da əhalinin kompakt yaşadığı yerlərdə müayinələr keçirirlər. Xüsusən icra hakimiyyətinin təşəbbüsü ilə yaradılan gənc həkimlər birliyinin səyyar müayinələrdə böyük rolu var”.

Natiq Hüseyn