• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1142
— 20.02.2016 16:54

Gəncədə Nikolya Şokolad Muzeyinin eksponatlarından ibarət sərgi təşkil edilib

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gəncədə "Nikolya Şokolad Muzeyi"nin eksponatlarından ibarət sərgi təşkil edilib. Sərgidə təqdim olunan eksponatlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Şokoladdan hazırlanan bu eksponatlar dünyanın 50-yə yaxın şəhərində nümayiş etdirilib və bu əsərlərə təxminən 500 min tamaşaçı baxıb. Sərgi Bakıda ötən ilin may-iyun aylarında nümayiş olunub. Gəncədə təqdim olunan eksponatların ümumi kütləsi 700 kiloqramdan çoxdur. Burada 300-dək yüksək keyfiyyətli şokolad məmulatı- şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş olunur. Sərgi martın 26-dək davam edək.

Bahadur Şakiroğlu