• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3347
— 20.02.2016 13:13

Qərb bölgəsinə yağan qar nəqliyyatın hərəkətində çətinliklər yaradıb

Bu gecədən etibarən yağan qar şəhər və rayon mərkəzlərində çətinliklər yaratmasa da qərb bölgəsinin dağlıq rayonlarında nəqliyyatın hərəkəti üçün problemlər yaradıb. Göygölün rayon mərkəzində qarın qalınlığı 3-4 sm, dağlıq ərazilərdə 9-10 sm-ə çatması 41 saylı Yol İstismar İdarəsinin əməkdaşlarını hərəkətə keçirib. Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın və yerli əhəmiyyətli yollarda avtomobillərin normal hərəkəti üçün tədbirlər həyata keçirilir. Gədəbəyə qar yağsa da, yollarda avtomobillərin hərəkətində problem yaranmayıb və yol qəzası qeydə alınmayıb. 33 saylı Yol İstismar İdarəsinin əməkdaşları nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün gücləndirilmiş iş rejimində çalışır. Daşkəsəndə isə şəhərdə qarın qalınlığı 10 sm, ətraf kəndlərdə 15-20 sm-ə çatıb. Yerli əhəmiyyətli yolların qarlardan təmizlənməsi həyata keçirilir. 31 saylı Yol İstismar İdarəsinin bütün texnikaları yollarda nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün çalışır.

Bahadur Şakiroğlu