• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 20.02.2016 13:12

Şəmkirdə əhalinin tibbi müayinəsi davam edir

Şəmkirdə vətəndaşların sağlamlığının qorunması məqsədilə tibbi müayinələr davam etdirilir. Yeni yaradılan Gənc Həkimlər Birliyinin üzvləri rayonun müxtəlif kənd və qəsəbələrində əhalini müayinəsini keçirirlər. Terapevt, cərrah, nevropatoloq, uroloq, ginekoloq və digər ixtisaslı həkimlərdən ibarət briqadanın növbəti dayanacağı Axıska türklərinin məskunlaşdığı İsgəndərli kəndi olub. Gün ərzində 200-dən çox vətəndaş müayinədən keçib. Şəmkir rayonunda gənclər həkimlər ayda iki dəfə müxtəlif yaşayış məntəqələrində müayinələr aparırlar. Bu günədək aparılan yoxlamalar zamanı ciddi yoluxucu xəstəliklər aşkarlanmayıb. Sakinlərin daha çox mövsümi xəstəlikdən əziyyət çəkdiyi müşahidə olunub.

Samir Namazov -səyyar həkim briqadasının rəhbəri:Hər bir kəndin özünə xas olan xəstəlikləri var. Sevindirici haldır ki, vətəndaşlar arasında insandan insan keçə bilən xəstəliklər yoxdur. Elə kənd var orada daha çox zob xəstəliyi, eləsi var orada böyrək daşından əziyyət çəkənlər çoxluq təşkil edir. Çalışırıq ki, ixtisaslı həkimlərin köməkliyi ilə bütün xəstələrə köməklik göstərək”.

Natiq Hüseyn