• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3251
— 20.02.2016 12:39

Goranboyda “donuz qripi”nə qarşı profilaktik tədbirlər aparılır

Goranboyda Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən “donuz qripi”nə qarşı profilaktik tədbirlər aparılır. Məktəbəqədər və orta təhsil müəssisələri dezinfeksiya edilir.Dezinfeksiya işləri ilə yanaşı, Goranboy Rayon Profilaktik dezinfeksiya şöbəsi əməkdaşları tərəfindən təhsil ocaqlarında AH1N1 virusu haqqında maarifləndirici söhbətlər də aparılır. Bu günə qədər şöbə tərəfindən rayonun 30 məktəbində və 25 uşaq bağçasında profilaktik tədbirlər görülüb. Müəssisələrin girişində filtirlər təşkil edilib. Yüksək hərarətli xəstə uşaq aşkar olunarsa, dərhal təcrid edilir. Təsərrüfat hesablı şöbə maliyyə çatışmazlığına baxmayaraq, işləri ləngitmir.

Mahir Həsənov -Goranboy Rayon Profilaktik Dezinfeksiya şöbəsinin müdiri: "İndiyə kimi apardığımız profilaktik tədbirlər zamanı “donuz qripi”nin əlamətləri aşkar edilməyib və heç bir şikayət daxil olmayıb. İdarə, müəssisələrlə müqavilə əsasında işləyirik. Bəzən maliyyə çətinliklərimiz olur. Bu da bağlanılan müqavilədə büdcənin gecikdirilməsi ilə bağlı olur, ona görə də çətinliklərimiz olur".

Hazırda rayonun təhsil ocaqlarında tədris aparıldığı üçün dezinfeksiya işləri şənbə və bazar günləri həyata keçirilir.

Goranboy rayon Profilaktik Dezinfeksiya şöbəsindən verilən məlumata görə, “donuz qripi”nə qarşı aparılan profilaktik mübarizə tədbirləri rayonun 79 məktəbində və 35 məktəbəqədər təhsil müəssisəsində növbəlilik əsasında aparılır.

Xaliq Qurbanlı