• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1323
— 20.02.2016 09:41

Gəncənin Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin olunub

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Azər Abbasəli oğlu Tağıyev Gəncə Şəhər Baş Polis idarəsi Kəpəz Rayon Polis idarəsinin  rəisi təyin edilib. Azər Tağıyev indiyədək Salyan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Kəpəz Rayon Polis Idarəsinin sabiq rəisi Ağahüseyn Məmmədov bir müddət əvvəl yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.

Natiq Hüseyn