• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 19.02.2016 11:34

Fermerlərə “Aqrolizinq” ASC-nin Gəncə regional nümayəndəliyi tərəfindən 951 traktor paylanılıb

Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün əsas vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılmasıdır. Bu məqsədlə ötən il “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 59,2 milyon manat dəyərində 1061 ədəd müxtəlif növ traktor, 759 ədəd kotan, 439 ədəd səpici aqreqat, 173 ədəd traktor yedəyi, 162 ədəd otbiçən, 116 taxılyığan kombayn, 22 ədəd ot dırmıqları, 19 bağarası frez, 646 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib. Traktorlardan 951-i “Aqrolizinq” ASC-nin Gəncə regional nümayəndəliyi tərəfindən paylanılıb. Onlardan 921-i Gəncə Avtomobil Zavodunun istehsalı olan texnikalardır. Traktor almaq üçün əsasən Cəlilabad, Saatlı və Ağcəbədi rayonlarının fermerləri müraciət edir.

Vüsalə Camal