• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1267
— 19.02.2016 16:03

Göygöl rayonunun 5 kəndinin elektrik təsərrüfatı yenilənir

Göygöl rayonunun 5 kəndinin köhnə elektrik xətləri və işıq dirəkləri yeniləri ilə əvəz olunur. Göygöl Elektrik Şəbəkəsi tərəfindən aparılan işlər çərçivəsində rayonun Yeni Qızılca, Molla Cəlilli, Quşçu, Çaykənd, Üçtəpə və Quşqara kəndlərinə yeni sip kabellər çəkilir. Rayonun Sarısu kəndində isə analoji işlər tam başa çatdırılıb.  Ümumilikdə 10 kilometrdən artıq köhnə xətlər sip kabellərlə əvəz olunub. Elektrik xətlərinin çəkilməsi üçün 1000-dən artıq yeni beton dirək basdırılıb. 250-dən artıq istismara yararsız ağac dirəklər dəmir və beton dirəklərlə əvəzlənib. Əhalini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün rayonun müxtəlif ərazilərinə 18 ədəd yeni transformator quraşdırılıb. İlin sonuna kimi rayona smart-kart tipli sayğacların gətirilməsi də nəzərdə tutulur. Yeniliklərlə bərabər rayon elektrik şəbəkəsi cari təmir işləri də həyata keçirir.

Elman Priverdiyev- Göygöl Elektrik Şəbəkəsinin baş mühəndisi: “Cari təmir işləri transformatorlarda yağların dəyişdirilməsi və yoxlanmasıdır. Bununla yanaşı 4 şəbəkədə rubilniklərin dəyişdirilməsidir. Demək olar ki, 40-a yaxın rubilniki yenisi ilə əvəz etmişik. Eyni zamanda, həmin rubinliklərin qabağındakı xətləri də dəyişdirmişik”.

Ruhəngiz Hacızadə