• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1192
— 19.02.2016 15:49

Qərb bölgəsində qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?

Ötən gündən etibarən ölkə ərazisinə qərbdən soyuq hava kütlələrinin daxil olması temperaturun kəskin şəkildə aşağı düşməsi ilə nəticələnib. Milli Hidrometeorologiya Departamentinin Gəncə Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, qeyri-sabit hava şəraiti qərb bölgəsində fevral ayının 22-ə qədər davam edəcək. Bu müddət ərzində arabir yağış, bəzi yerlərdə isə sulu qar və qar yağacağı proqnozlaşdırılır. Yağıntının intensiv olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə 18-23 metr saniyə güclənəcəyi gözlənilir. Hazırda Gəncədə havanın nisbi rütubəti 84, atmosfer təzyiqi isə 987 millimetr civə sütunu təşkil edir.

Musa Şükürov- GRHM-nin Hidrometeorologiya şöbəsinin rəisi: "Gecə və axşam saatlarında yağıntı olacaq, gündüz saatlarında isə yağmursuz olacaq. Əvvəlki günlərə nisbətdə havanın temperaturu aşağı düşəcək. Dağlıq ərazilərdə isə sulu qar və qar yağacağı gözlənilir".

Xaliq Qurbanlı