• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 19.02.2016 15:45

Kəlbəcər Rayon İcra Hakimiyyətində 2015-ci ilin yekunları müzakirə olunub

Ötən il Kəlbəcər Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan 180 nəfər iş axtaran vətəndaşın 71 nəfərinin məşğulluğu təmin olunub. 21 min məcburi köçkün ailəsindən 3500-i dövlət tərəfindən salınan məcburi köçkün qəsəbələrində mənzillərlə təmin olunub. Bu barədə Kəlbəcər Rayon İcra Hakimiyyətində 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclasında məlumat verilib. Məcburi köçkünlər yaşadıqları kənd və qəsəbələrdə qəzalı vəziyyətdə olan təhsil ocaqlarının, səhiyyə müəssisələrin təmir edilməsi, həmçinin kommunal problemlərinin həll olunması ilə bağlı müraciətlər səsləndiriblər. Müraciət və təkliflər qeydiyyata alınıb, araşdırılıb, müvafiq tədbirlərin görüləcəyi diqqətə çatdırılıb. Ötən il rayonun ictimai həyatında fəal olan 4 nəfərə diplom və xatirə hədiyyələri təqdim edilib. Həmçinin YAP Kəlbəcər rayon təşkilatının sıralarına daxil olan gənclərə vəsiqələr verilib.

Elnur Vahidoğlu