• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 19.02.2016 13:57

Qışın sərt keçməsi qərb bölgəsinin üzüm sahələrində budama işlərini ləngidib

Qışın ötən illərə nisbətən sərt keçməsi qərb bölgəsində üzüm sahələrində budama işlərini gecikdirib. Yanvarın sonuna qədər yekunlaşmalı olan işlərə Tovuzda fevralın ikinci ongünlüyündə başlanıb.

Üzümçülük rayonu kimi ixtisaslaşan Tovuzda budama işlərində kişilərlə birgə qadınlar da iştirak edirlər. Üzüm tingləri ömrünü uzatmaq üçün budanır. Proses düzgün aparılmasa məhsuldarlıq aşağı olar, bu səbəbdən budama uzun illərin təcrübəsinə əsaslanaraq həyata keçirilir. Fermerlər fevralın sonuna kimi və mart ayında qar yağmayacağı təqdirdə bol məhsul götürəcəklərini bildirirlər.

Hazırda rayonda 700 hektara yaxın sahədə üzüm becərilir. Fermerlər xarici ölkələrdən daha məhsuldar sortlar gətirərək üzüm bağlarını artırmağa çalışırlar. Təsərrüffat sahiblərinin əsas problemi məhsulu sata bilməmələridir. Bunun üçün bölgədə emal müəssisələrinin yaradılmasına ehtiyac duyulur.

Rahim İbrahimoğlu