• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1104
— 19.02.2016 14:09

Gəncədə inaktivləşdirilmiş poliomielit əleyhinə vaksinasiyanın tətbiqinə başlanılıb

Bu vaksin yalnız 6 ayı tamam olmuş uşaqlara vurulur.

Ölkədə profilaktik peyvənd təqviminə poliomielit əleyhinə inaktivləşdirilmiş vaksin də daxil edildiyindən fevralın 15-dən etibarən yeni peyvəndin tətbiqinə başlanılıb. Gəncə şəhərinin bütün uşaq poliklinikaları inaktivləşdirilmiş poliomielit əleyhinə vaksinlə təmin edilib.

Almaz Tomiyeva- Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri: "Artıq Gəncə şəhərində bütün uşaq poliklinkalarında, peyvənd otaqlarında vakinasiya aparılır. Vaksin təhlükəsizdir, özündən sonra heç bir zərərli maddələr  buraxmır və yaxud insan orqanizmində heç bir ağır reaksiyalar əmələ gətirmir. Və 3, 4 belə vaksinlər bir yerdə işlədilə bilər".

Gəncəyə inaktivləşdirilmiş poliomielit əleyhinə 1600 vaksin gətirilib və  bu vaksin 6 ayı tamam olmuş uşaqlara vurulur. Yeni vaksinin tətbiqinə başlanılsa belə, damcı üsulu ilə vaksinasiya davam etdiriləcək".

Bu vaksin pnevmokok peyvəndi ilə eyni gündə, yalnız bir dəfə vurulur. Hollandiya istehsallı peyvənd 5 dozalı flakonda qablaşdırılıb.

Bahadur Şakiroğlu