• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 19.02.2016 11:02

Şəmkirdə Apelyasiya Şurasına sədr seçilib

Ölkə başçısının "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında" Fərmanına əsasən, Şəmkirdə də Apelyasiya Şurası yaradılıb, sədri və üzvləri təyin edilib. İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev Apelyasiya Şurasının sədri təyin edilib. 7 nəfər isə üzv seçilib. Şuranın ilk toplantısında sahibkarların şikayətlərinin araşdırılmasında çevikliyinin təmin edilməsi və sənəd təminatı işlərinin təşkili məsələləri müzakirə olunub, əsassız yazışmalara yol verilməməsi və işin səmərəli təşkili üçün Apelyasiya Şurasında baxılacaq şikayətlərin məzmun üzrə təsnifləşdirilməsi meyarlarının müəyyənləşdirilməsi qərara alınıb.

Fəxrəddin Vəliyev- Şəmkir rayon Apelyasiya şurasının sədri: “Biz Apelasiya şurasının əsasnaməsi ilə tanış olanda aydın görünür ki, burada sahibkarlar üçün əlverişli şərait yaradılır və onların hüquqları müdafiə olunur. Onların hüquqlarının müdafiəsi də o deməkdir ki, sahibkarlar problemlərlə qarşılaşdıqda şuraya müraciət edir və burada o məsələ operativ şəkildə həll olunur. Və yaxud da, mövcud çətinliklə bağlı yuxarı instansiyalara müraciət olunur”.

Natiq Hüseyn