• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2187
— 18.02.2016 13:20

“İctimaiyyətdə bilik və bacarığın artırılması ilə ətraf mühitin təkmilləşdirilməsi“ layihəsinin icrası qərb bölgəsində uğurla həyata keçirilir

BMT İnkişaf Agentliyinin Azərbaycan üzrə nümayəndəliyi ətraf mühitin, eləcə də ekologiyanın qorunması ilə bağlı layihə həyata keçirir. “İctimaiyyətdə bilik və bacarığın artırılması ilə ətraf mühitin təkmilləşdirilməsi“ adlı layihə qərb bölgəsində də reallaşdırılır.

Regionda layihənin icrası ilə bağlı hazırlıq işləri başa çatdırılıb. Dünyada baş verən iqlim dəyişikliyinin təzahürünün ölkəmizdə aradan qaldırılması ilə bağlı idarəçilik, eləcə də biomüxtəlifliyin qorunması ilə ətraf mühit idarəçiliyinin təkmilləşdirilməsi, həmçinin ictimai iştirakın artırılması nəzərdə tutulur. Bütün bu imkanları artırmaqla ekologiyanın tam qorunmasına nail olmaq qarşıya qoyulan məqsəqdir. Layihə çərçivəsində Gəncənin 3 ali məktəbində ekologiya ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqların artırılması üçün maarifləndirici təlimlərin təşkili nəzərdə tutulur.  

İrşad Abbasov- layihənin eksperti: “Qərb bölgəsində fəaliyyət göstərən milli park və qoruqlar, xüsusilə Göygöl Milli Parkının əməkdaşlarının bilik və bacarıqlarının artırılması çox vacib faktordur. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərb bölgəsində, Qazax, Gəncə və Goranboyda fəaliyyət göstərən regional idarələrinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması, müasir texnika və texnologiyalardan istifadə edilməsinin təkmilləşdirilməsi istiqamətində təlimlər keçiriləcək”.

Bölgədə layihənin icrası iyul ayının sonuna kimi davam edəcək.

Elnur Vahidoğlu