• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2135
— 17.02.2016 13:46

Daşkəsəndə yeni iş yerlərinin sayı artıb

Ötən il Daşkəsən Rayon Məşğulluq Mərkəzinə 269 işaxtaran müraciət edib. Onlardan 244 nəfəri münasib işlə təmin olunub. Bundan başqa, 40 nəfər ictimai işlərə cəlb olunub. 2 nəfərə isə işsizlik müavinəti təyin olunub. İş yerləri üzrə orta aylıq əmək haqqı 300 manat olub. Rayonda bu il də yeni iş yerləri daha çox yaradılıb. Son bir ay ərzində Məşğulluq Mərkəzi tərəfindən müxtəlif dövlət və özəl müəssisələrdə 262 boş iş yeri müəyyən edilib. 102 nəfərə münasib iş üçün göndərişlər verilib.

Səfayə İsmayılova- Daşkəsən Rayon Məşğulluq Mərkəzinin direktoru: ““SOCAR tərəfindən 28, “Azəryolservis”dən 20, “Azərişıq”dan 10, “Azərsu”dan isə 3 vakant yer verilib. Bu vakansiyalar yenə də verilməkdədir. Bundan başqa, abadlıq və quruculuq işləri üçün Kommunal Müəssisələr Kombinatı tərəfindən 40 vakant yer verilib və artıq həmin şəxslər işlə təmin olunublar”.

Natiq Hüseyn