• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3155
— 17.02.2016 14:47

Şəmkirin iki kəndində məktəb binaları əsaslı təmir olunur

Şəmkir rayonunda yeni məktəb binalarının tikintisi və mövcud təhsil ocaqlarının əsaslı təmiri davam etdirilir. Düyərli kəndində 1170 şagird yerlik məktəb binası müasir tələblərə uyğunlaşdırılır. Təhsil ocağında təmir işlərinin bu ilin sentyabr ayınadək başa çatdırılması planlaşdırılır.

Şəmkir rayonunda daha bir məktəb binası Çənlibel kəndində yenilənir. Yerli büdcə hesabına təmir edilən məktəb növbəti dərs ilinin əvvəlində istifadəyə veriləcək. Son 4 ildə rayonda fəaliyyət göstərən 79 məktəbdən 8-i üçün yeni bina tikilib, 6 təhsil ocağı isə əsaslı təmir olunub.

Firdovsi Aslanov- Şəmkir Rayon Təhsil Şöbəsi Metodik Mərkəzin direktoru: “Şəmkir rayonunda təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər sürətlə aparılır. Rayonda çox az sayda qəzalı məktəb binalarımız var. Yenilənən məktəblərdə təhsilin səviyyəsi ürəkaçandır. Müəllimlər rahat şəkildə tədris apara bilir, şagirdlər də lazımi bilik əldə edirlər”.

Natiq Hüseyn