• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1463
— 17.02.2016 13:21

Tovuzda dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib

Dünəndən etibarən Tovuzda dumanlı hava şəraiti müşahidə edilir. Bu isə nəqliyyatın hərəkətini çətinləşdirib.

Alakol, İbrahimhacılı, Yuxarı Öysüzlü, Əlibəyli kəndlərindən rayon mərkəzinə gələn sürücülər qatı duman səbəbindən magistral və daxili yollarda çətin anlar yaşıyıblar. Yolu görmək mümkün olmadığından sürücülər uzaq vuran işıqlardan istifadə etmək məcburiyyətdində qalıblar ki, bu da gediş-gəlişi daha da çətinləşdirib.

Bakı-Qazax avtomagistralı ilə "Sınıq Körpü" gömrük sərhəd buraxılış məntəqəsi istiqamətində hərəkət etməli olan nəqliyyat vasitələrinin sürücüləri də qatı duman səbəbindən çətinlik yaşayıblar.

Rayonda bu cür hava şəraiti təxminən bir ay öncə də müşahidə edilib.

Rahim İbrahimoğlu