• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4419
— 09.10.2014 23:16

Gəncədə istehsal sahəsində yanğın hadisəsi baş verib

Gəncədə istehsal sahəsində yanğın hadisəsi baş verib. Yanğın 22:30 radələrində Sadıllı qəsəbəsi Həsən bəy Ağayev 4 döngə ev 7 ünvanında qeydə alınıb. Dərhal hadisə yerində Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri və canl qüvvəsi cəlb olunub. Adıçəkilən ünvanda yerləşən Nicat Əhmədov məxsus kolbasa sexinin 280 kv metrinin 200 kvadarat metr tavan hissəsi tamamilə yanıb. Yanğınsöndürənlərin alova vaxtında müdaxiləsi nəticəsində tiklinin qalan hissəsi və otaqlar yanğından mühafizə olunub. Yanğın 30 dəqiqə ərzində söndürülüb. Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Yanğının dəqiq  səbələri isə aparılacaq araşdırmalardan sonra məlum olacaq.