• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2220
— 09.10.2014 16:42

“Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanıb

Kənd təsərrüfatı məhsullarının istehsalçılarının əmlak mənafelərinin daha etibarlı qorunmasına şərait yaradılması məqsədilə “Kənd təsərrüfatında sığortanın dövlət dəstəyi vasitəsilə stimullaşdırılması haqqında” qanun layihəsi hazırlanıb. Bunu maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib. Onun sözlərinə görə, təbii fəlakətlərdən sığortalanma mexanizmi də işlənəcək.

Samir Şərifov- Maliyyə naziri: “Bununla yanaşı, təbii fəlakətlər nəticəsində ölkə vətəndaşlarının əmlakına və dövlətə dəyə biləcək ziyandan sığortalanma mexanizmlərinin dünya təcrübəsi təhlil olunmaqla yaradılması üzrə də hazırlıq işləri davam edir”.