• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4418
— 09.10.2014 17:01

Xaçmazda doğuş zamanı ana və uşaq ölümü baş verib

Bu gün Xaçmazda doğuş zamanı ana və uşaq ölümü faktı qeydə alınıb. 33 yaşlı Xaçmaz şəhər sakini Arzu İsmayılova və körpəsi doğuş zamanı dünyasını dəyişib. Hadisə Xaçmaz mərkəzi rayon xəstəxanasının doğum şöbəsində baş verib. Yaxınlarının sözlərinə görə, onlar mərhumu bu gün səhər saatlarında doğum şöbəsinə gətiriblər. Hamiləliyinin 9-cu ayında olan Arzu İsmayılova həkim nəzarətinə götürülüb. Lakin onun və körpəsinin həyatını xilas etmək mümkün olmayıb. Mərhumun yaxınları faciəvi hadisənin baş verməsində həkimlərin məsuliyyətsizliyini əsas göstərir.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırmalara başlanılıb. Qeyd edək ki,mərhum Arzu İsmayılovanın 9 yaşında bir oğlu var idi.